Qurban Qurbanovdan qələbə şərhi

Qurban Qurbanovdan qələbə şərhi
ÖLKƏ FUTBOLU 14 Fevral 2016 / 17:06 5770
-  A +

"Bəlkə də çempionatda vacib 3 xal qazandıq. Belə meydançada və belə azarkeş kütləsi qarşısında oynamaq ağır idi. İki standart vəziyyətdən maksimum istifadə etdik".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 21-ci turunda "Kəpəz"ə qalib gəldikləri oyundan sonra "CBC Sport" kanalına açıqlamasında deyib.  

"Şahin Diniyevi təbrik edirəm. O, yaxşı və istəkli komanda formalaşdırıb. Qələbə münasibəti ilə futbolçularımı və komandanın azarkeşlərini təbrik edirəm" - deyə Q.Qurbanov əlavə edib.

Qeyd edək ki, "Qarabağ" səfərdə "Kəpəz"i 2:1 hesabı ilə məğlub edib.

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq