Almaniyanın “Hoffenhaym” klubu 28 yaşlı Yulian Naqelsmannı əsas komandanın baş məşqçisi təyin edib.
Qol.Az-ın xəbərinə görə, bu haqda klubun rəsmi saytı məlumat yayıb. Onunla 2019-cu ilin iyun ayına kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Yulian Naqelsmannın yayda baş məşqçi vəzifəsinə təyinatı gözlənilirdi. Amma Xub Stevens istefaya göndərildikdən sonra klub daha erkən addım atıb.
Qeyd edək ki, bu təyinatdan sonra Naqelsmann Almaniya bundesliqa tarixinin ən gənc baş məşqçisi olub.
Klubdan bildiriblər ki, Naqelsmann Almaniyanın ən istedadlı gənc məşqçilərindən biridir.
Əlavə edək ki, Naqelsmann 20 yaşında ciddi zədələr səbəbindən futbolçu karyerasını başa vurub. Bundan sonra o, hazırda "Borussiya"nı çalışdıran Tomas Tuhelin dəstəyi ilə məşqçiliyə başlayıb. O, müxtəlif vaxtlarda "Auqsburq"da, "Münhen 1860"ın U-17 komandasında, 2010-cu ildən isı baş məşqçi təyin olunduğu bugünə kimi “Hoffenhaym”da köməkçi-məşqçi işləyib.
Messidən unikal rekord
"Sabah" hücumçu aldı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu