"Kəpəz" məşqləri bərpa etdi

"Kəpəz" məşqləri bərpa etdi
XƏBƏR 11 Fevral 2016 / 17:51 1986
-  A +

Bir günlük istirahətin ardından “Kəpəz” dünən məşqləri bərpa edib.
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda Topaz Premyer Liqasının 21-ci turunda “Qarabağ”la keçiricəyi ev oyununa Bakıda hazırlaşır.

Sabaha qədər Bakıda məşq edəcək Gəncə klubunun heyətində zədəli futbolçu yoxdur. Yalnız sarı vərəqə limitini dolduran Budaq Nəsirov cəzalı duruma düşdüyündən qarşıdakı matçı buraxacaq.

Komanda Ağdam təmsilçisi ilə oyunun son məşqini Gəncədə keçəcək. “Kəpəz”in Gəncə şəhər stadionundakı məşqi saat 16:00-da başlayacaq.

Daha çox


Son xəbərlər