Argentinanın "Urakan" klubunun avtobusu qəzaya düşüb.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, hadisə Libertadores kuboku çərçivəsində "Karakas"la görüşdən qayıdarkən baş verib.
Venesuelanın paytaxtı Karakas yaxınlığında baş verən qəzaya avtobusun əyləc sistemində problem yaranması səbəb olub. Qəzada komandanın iki futbolçusu Patrisio Toranso və Dieqo Mendesa, eləcə də fiziki hazırlıq üzrə məşqçi Pablo Santella ciddi xəsarət alıb. Dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılan hər üç şəxsin həyati təhlükəsi olmadığı bildirilir.
Qeyd edək ki, "Karakas" - "Urakan" oyunu 2:1 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Lakin ilk görüşdə 1:0 hesabı ilə qələbə qazanan "Urakan" mərhələ adlayan tərəf olub.
Yuxarı
Messidən unikal rekord
"Sabah" hücumçu aldı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu