“Qəbələ” Topaz Premyer Liqasının XXI turunun “Sumqayıt”la oyununun hazırlıqlarına start verib.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, XX turun fevralın 7-də keçirilən “İnter”lə səfər qarşılaşmasının (1:0) ertəsi gün hazırlıq keçib, ardınca bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda məşqə çıxıb.
Bugünkü hazırlıq prosesi iki hissədən ibarət olub. Roman Qriqorçukun futbolçuları əvvəl fiziki hazırlıq keçib, ardınca toplu çalışmalarla məşq edib. Məşq prosesində yalnız zədəli Aleksey Antonov iştirak etməyib. Bir müddətdir fərdi məşq edən Ruslan Abışov komandadan ayrı məşq edib. XIX turun “Kəpəz”lə Gəncədəki matçında zədələnərək, əvəzlənən Sergey Zenyov 10 günlük fasilədən sonra kollektiv çalışmalara qatılıb. Estoniyalı futbolçu komanda ilə birlikdə mövsümün ilk ev oyununa hazırlaşıb.
“Qəbələ” növbəti məşqini sabah keçirəcək. Hazırlıq prosesi günün ikinci yarısında baş tutacaq.
Xatırladaq ki, “Qəbələ” – “Sumqayıt” oyunu fevralın 14-də keçiriləcək. Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 17:30-da veriləcək.
"Fənərbaxça"dan qələbə
Lemina daha 2 il "Qaralatasaray"da
"Razıyam, bəxtimiz gətirdi" - "KuPS"un baş məşqçisi
“Sabah” "KuPS"a qalib gəldi
SSKA "Qarabağ"la Bakıdakı oyunda azarkeşsiz qalacaq
Erməni güləşçilər Bakıya gələcək
"Neftçi"nin səviyyəsi yüksəkdir" - "Dinamo"nun baş məşqçisi
Tanınmış hakim karyerasını bitirdi
"Sabah" - "KuPS": Heyətlər
Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı
"Bavariya" onunla müqaviləni uzatdı
"Yuventus"un yeni formaları - Şəkillər
"Zirə" "Göztepe"nin sabiq futbolçusunu aldı
AFFA-nın stadionunun yeni ot örtüyü - Şəkillər
Emin Mahmudov: "90 illiyimizə görə böyük motivasiyamız var"
"İmişli"də latviyalı mütəxəssis
"Şəfa" yeni transferini açıqladı
Zidan Fransa millisinin baş məşqçisi təyin olundu
"İmişli" 5 qolla qalib gəldi
“Sabahın Ulduzları”: Sabahdan daha uzağa uzanan yol
"Qəbələ"də nigeriyalı futbolçu
"Azərbaycan futbolunun inkişafı yalnız AFFA-nın işi deyil" - AFFA-nın texniki direktoru
“Qarabağ”ın iştirak ərizəsi - Heyətdə dəyişiklik var
"Turan Tovuz" "Monpelye"nin yetirməsini transfer etdi
Toral oynadı, komandası qalib gəldi
Daha 1 il "Araz-Naxçıvan"da