“Mayın sonunadək vaxtımız var”
UEFA “Qalatasaray”a ciddi cəza tədbiq edə bilər.
Qol.Az-ın goal.com-a istinadən yaydığı xəbərə görə, “Qalatasaray”ın prezidenti Dursuz Özbek deyib ki, klubun sabiq rəhbərliyinin səhvi ucbatından UEFA-nın maliyyə kriteriyaları ilə bağlı bəndlər pozulub.
Onun sözlərinə görə, UEFA 2016/17 mövsümündən etibarən “Qalatasaray”ı 1+1 il müddətinə avrokuboklardan uzaqlaşdıra bilər. Klub prezidenti bildirib ki, artıq bununla əlaqədar UEFA-nın üst qurumlarına müvafiq qərar çıxarmaq tövsiyə olunub.
Qeyd edək ki, UEFA-nın “Qalatasaray”a qarşı sərt qərar vermək istəməsinə səbəb klubun zərərinin artmasıdır. Avropa ali futbol qurumunun tələbinə görə, bir klubun üç il ərzində zərəri 30 milyon avronu keçməməlidir.
Dursuz Özbek bildirib ki, klubun keçmiş rəhbərliyinin səhvi ucbatından yaranan 75 milyon avroluq zərəri 55 milyona endiriblər: “Hazırda davam edən layihələrimiz bitəndən sonra rəqəm 26 milyon avroya enəcək. Bu səbəbdən hələ ötən il UEFA-ya müraciət edərək cəza almağımızla bağlı vaxtın uzadılmasını istədik. Həmin vaxt isə 2015/16 mövsümünün sonunda başa çatır. UEFA tələb edir ki, mövsümün sonuna kimi zərərimiz 10 milyon avronu keçməməlidir. Ona görə də bizim klubun bütün üzvləri birləşərək “Qalatasaray”ı bu vəziyyətdən çıxarmalıyıq ki, sanksiya tədbiq olunmasın. Biz UEFA-ya zərərin 7.5 milyon avroya enəcəyini bildirmişik. May ayının sonunadək vaxtımız var. Auksion keçirməyi planlaşdırırıq ki, klubumuzu düşdüyü bu çətin vəziyyətdən çıxara bilək”.
Messidən unikal rekord
"Sabah" hücumçu aldı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu