İspaniya kubokunun yarımfinal mərhələsinin cavab görüşündə "Valensiya" ilə qarşılaşacaq "Barselona" bu axşam fərqli heyətlə meydana çıxacaq.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisinin baş məşqçisi Luis Enrike axşamkı matçda əsas heyət oyunçuların əksəriyyətinə istirahət verəcək.
Bu səbəbdən Neymar, Daniel Alveş, Jerar Pike, Serxio Buskets, Luis Suares, Andres İniyesta və Xordi Alba kimi futbolçular "Valensiya" ilə oyunun "18"liyinə daxil edilməyib. Ayağında ağrı hiss edən Arda Turan da bu gecə meydana çıxmayacaq. Enrike həftəsonu "Selta Viqo" ilə oyunu nəzərə alaraq türkiyəli futbolçunu "Valensiya" ilə matçda oynatmamaq qərarı alıb.
Qeyd edək ki bu gecə keçiriləcək "Valensiya" - "Barselona" oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq. Bu komandalar arasında baş tutan ilk görüşdə "Barselona" 7:0 hesabı ilə qalib gəlib.
Messidən unikal rekord
"Sabah" hücumçu aldı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu