"Xəzər Lənkəran"da iki ciddi itki

"Xəzər Lənkəran"da iki ciddi itki
XƏBƏR 10 Fevral 2016 / 15:23 4380
-  A +

Topaz Premyer Liqasının 21-ci turunda səfərdə "Neftçi"nin qonağı olacaq “Xəzər Lənkəran” bu oyunun hazırlığına Lənkəranda start verib. 

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, məşqlər gün ərzində iki dəfə olmaqla davam etdirilir.

Komandanın iki aparıcı üzvü Tural Qürbətov və Ruslan Cəfərov cəza səbəbindən qarşıdakı görüşü buraxmalı olacaqlar.
 
Fevral ayının 12-nə qədər Lənkərandakı bazasında hazırlığını keçirəcək “ Xəzər Lənkəran” daha sonra paytaxta üz tutacaq.

Daha çox


Son xəbərlər