"Oyunun belə çətin keçəcəyini gözləyirdik. Rusiya güclü komandadır, oyun təcrübələri bizdən çox üstündür. Ancaq hesabın belə olacağını gözləmirdik".
Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bu sözləri futzal üzrə Azərbaycan milli komandasının qapıçısı Rövşən Hüseynli Avropa çempionatının 1/4 finalında Rusiya yığmasına 2:6 hesabı ilə uduzaraq, mübarizəni dayandırdıqları oyundan sonra deyib.
O bildirib ki, 5 meydan oyunçusu ilə çıxış etdikləri vaxt buraxdıqları 4-cü top oyunun qırılma nöqtəsi olub. Amma 24 yaşlı qapıçı əsas səhvlərini daha tez qapıçısız oynamağa başlamalarında görməyib:
"Oyun təcrübəmiz azdır. Bir qədər, necə deyim, həyəcanlıyıqmı, yorğunluqdumu, bilmirəm nədir. Müdafiədə səhvlərimiz var və bunun üzərində çalışmaq lazımdır. İşləmək lazımdır ki, dünya çempionatının "pley-off" mərhələsində elə səhvlər etməyək. Deməzdim ki, baş məşqçi 5-ci oyunçunu meydana tez buraxdı. Çünki Rusiya güclü müdafiə olunur və taktikaları var. Sadəcə, 5 nəfər olanda səhvimizdən qolu tez buraxdıq".
R.Hüseynli Avropa çempionatının ən yaxşı qapıçısı seçilmə ehtimalına da münasibət bildirib:
"Seçilsəm, bu, tək mənim yox, bütün Azərbaycanın uğuru olar. Mən buna çox da inanmıram. Amma belə bir şey olsa, mənim üçün çox böyük uğur olacaq. Əsas rəqibim təbii ki, İtaliya yığmasının qapıçısı Stefano Mammarella, eləcə də İspaniya millisinin qolkiperi Pako Sedano və Rusiyadan Qustavodur. Güclü və təcrübəli qapıçılar çoxdur. Baxmayaraq ki, 24 yaşım var, adımın onların sırasında çəkilməsi mənim üçün böyük uğurdur".
Qapıçı proqnoz da verib. O, İspaniya yığmasının çempion olacağını açıqlayıb.
Qeyd edək ki, Rövşən Hüseynli Avropa çempionatında top qurtarışlarının sayına görə rekordçudur. O, qrup mərhələsində İtaliya ilə oyunun ilk yarısında 15 zərbəni dəf edib.
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək
Elçin Məsiyev dünya çempionatına təyinat aldı
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
"Sabah"ın U-19 komandası "Barselona"ya 7 qolla uduzdu
“Barselona” və “Real” barışıq əldə edə bilmədi
Yunis Hüseynovun cəzası bilindi
Burnu qırılan "Qalatasaray" futbolçusu əməliyyat edildi
“Qarabağ”ın xanım azarkeşləri üçün pulsuz biletlər
Musialanın səhhəti ilə bağlı mühüm detal üzə çıxdı
Zaur Həşimovla bağlı qərar verildi - "Şəfa"da iclas
İsrail "Qalatasaray" azarkeşlərindən UEFA-ya şikayət etdi
“Tottenhem”də yeni müqavilə
"Real" PSV-ni belə darmadağın etdi - Video
İtaliya millisinin təklifini rədd etdiyini açıqladı
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Çempionlar Liqasında iki tarixi rekord
Amerika kuboku bu ölkədə keçiriləcək
Deniz Gülün qələbə qolu və burnuna dəyən təpik - Video
Okan Buruk “Aston Villa” qələbəsini dəyərləndirdi
"Qalatasaray" və "Real"dan qələbə - ÇL-də nəticələr
Ronaldodan 987-ci qol
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Məşhur futbolçu karyerasını bitirmək fikrindən daşındı
2-ci liqada həftənin hakimləri