"Barselona"nın müdafiəçisi Mark Bartra mövsümün sonunda komandadan gedəcək.
Qol.Az-ın "El Mundo Deportivo"ya istinadən verdiyi məlumata görə, buna 25 yaşlı futbolçunun əsas heyətdən kənarda qalması səbəb olub.
Kataloniya təmsilçisinin ilk "11"liyində möhkəmlənə bilməyən ispaniyalı futbolçu komandasını dəyişmək qərarına gəlib. Bartra ötən mövsüm komandadan getmək istəsə də, həmin vaxt baş məşqçi Luis Enrike onu fikrindən daşındırıb.
2010-cu ildən "Barselona"nın şərəfini qoruyan Bartranın təzminat qiyməti 25 milyon avrodur. Hələlik onun hansı ölkəyə və ya kluba üz tutacağı məlum deyil.
Qeyd edək ki, Bartra cari mövsüm cəmi 18 oyunda iştirak edib və 951 dəqiqə meydanda olub.
Messidən unikal rekord
"Sabah" hücumçu aldı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu