"Barselona"nın futbolçusu Serxio Buskets maraqlı açıqlamaları ilə diqqət çəkib.
Qol.Az-ın məlumatına görə, ESPN-ə danışan ispaniyalı futbolçu yeni mövsümdən "Mançester Siti"ni çalışdıracaq Pep Qvardiolanın onu istəyəcəyi təqdirdə "Barselona"dan ayrıla biləcəyini deyib:
"Hər zaman dediyim kimi məni "Barselona"dan iki şəxs ayıra bilər. Biri həyat yoldaşım, digəri isə Qvardioladır. Karyeramda əldə etdiyim uğurları ona borcluyam. Təbii ki, Qvardiola ilə yenidən çalışmaq mənim üçün böyük şərəf olar. Lakin o mənim "Barselona"lı olduğumu bilir. Bu səbəbdən düşünürəm ki, Pep mənim "Barselona"dan ayrılmağımı istəməz".
Qeyd edək ki, Buskets 2008-2012-ci illərdə "Barselona"da Qvardiolanın rəhbərliyi altında çıxış edib.
Messidən unikal rekord
"Sabah" hücumçu aldı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu