"İnter"i məğlub etməklə qələbə seriyasına başladıq" – Zets

"İnter"i məğlub etməklə qələbə seriyasına başladıq" – Zets
ÖLKƏ FUTBOLU 9 Fevral 2016 / 00:40 2280
-  A +

"Son turlarda qalib gələ bilmədiyimizdən bu qələbə bizim üçün çox vacib idi. 3 xal qazanmaq vəzifəsinin öhdəsindən gəldik. “İnter” çox yaxşı komandadır. Onlara qarşı oynamaq həmişə çətindir. Bu matç da ağır oyun oldu. Amma yaranan qol imkanından istifadə edib, qalib gələ bildik".
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Qəbələ"nin hücumçusu Ermin Zets deyib.

Topaz Premyer Liqasının 20-ci turunda "İnter"lə keçirilən görüşün qəhrəmanı olan bosniyalı futbolçu növbəti turlarda da qol vurmağa çalışacağını bildirib: "Komanda şəklində mübarizə aparıb, öz oyunumuzu nümayiş etdirdik. Qarşıdakı görüşlərdə də sonadək mübarizə aparacağıq. Fikrimcə, bu qələbə komandamız üçün yeni uğurların başlanğıcı olacaq.

Düşünürəm ki, “İnter”i məğlub etməklə qələbə seriyasına başladıq. Bunun davamını gətirmək üçün əlimdən gələni etməyə, hər matçda qol vurmağa çalışacağam. Təbii ki, əsas 3 xal qazanmağımızdır. Qələbə qolunu vurduğum üçün sevinirəm. Lakin daha vacib olan qələbəmiz idi. Qol epizoduna gəlincə, həmin vaxt topun tirdən dönüb, mənə düşəcəyini gözləmirdim. Amma top ayağıma düşəndən sonra yalnız ona dəqiq zərbə vurmaq haqda düşündüm”.

Qeyd edək ki, "Qəbələ" məhz Zetsin 18-ci dəqiqədə vurduğu qolla "İnter"i səfərdə 1:0 hesabı ilə məğlub edib.

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq