Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VII qrant müsabiqəsi çərçivəsində “Tofiq Bəhrəmovun izi ilə gənc hakimlərin inkişafı” layihəsi həyata keçiriləcək.
Layihənin başlıca məqsədi futbol hakimliyinə marağı olan gənclərə təcrübi və nəzəri bilikləri aşılamaq, futbol hakimliyi ilə bağlı gənclərdə maraq oyatmaqdır. FİFA dərəcəli yerli futbol mütəxəssislərinin iştirakı ilə gənclər, hakimliyin qayda və prinsipləri ilə daha yaxından tanış olacaq, tanınmış hakimlərin bilik və təcrübələrinn faydalanacaqlar.
Nəzəri və təcrübi hissələrdən ibarət iki gün davam edəcək layihənin nəzəri hissəsi müasir futbolun qaydaları, futboldakı ən son innovasiyaların mahiyyəti , dünya təcrübəsində mübahisəli epizodların təhlili və hakimliklə bağlı digər mühüm məsələlər ekspertlərlə gənc hakimlərin arasında müzakirə olunacaq. Layihənin təcrübi hissəsində gənc hakimlərin fiziki dayanıqlılıq, və bundan irəli gələn digər normativlərin tədrisi və ilkin təcrübəsi həyata keçiriləcək . Təcrübi hissədə “Referee simulator” proqramı icra ediləcək . Layihənin davamlılığı məqsədi ilə fərqlənən gənclər diplom və sertifikat əldə etməklə yanaşı hakimlik karyerasına başlaması üçün aidiyyatı qurumlara yönləndiriləcək.
Layihə rəhbəri Əli Fərzəliyevdir.
Layihəyə marağı olan gənclərin 23-31 yanvar 2016 cı il tarixlərində [email protected] ünvanına müraciət etmələri xahiş olunur.
Əlavə məlumat üçün : +99455 361 33 73 nömrəsinə zəng vura bilərsiniz.
Messidən unikal rekord
"Sabah" hücumçu aldı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı