Dünya Güləş Birliyi 2016-cı ilin yanvar ayında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyasını açıqlayıb.
Qol.Az-ın Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi
məlumata görə, Yunan-Roma güləşi üzrə reytinq siyahısında ötən ay yer alan
12 güləşçimizin mövqeyində dəyişiklik baş verməyib.
Avropa Oyunlarının
qızıl medalçısı, Las Veqasda keçirilən Dünya çempionluğuna yiyələnən Rəsul
Çunayev reytinqdəki liderliyini saxlayıb. Mövqeyini dəyişməyən daha bir
güləşçimiz son Dünya çempionatının gümüş medalçısı Rövşən Bayramov olub. O
reytinqdə ikinci sıradadır.
Öz çəkisində reytinqin ikincisi olan digər
bir güləşçimiz isə Saman Təhmasibidir. Ümummilli lider Heydər Əliyevin
xatirəsinə həsr olunmuş Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsinin
qalibi olan Sabah Şəriəti də reytinqdəki mövqeyini saxlayıb.
Bundan başqa, daha 4 yunan-Roma güləşçimiz ilk onluqda mövqelərini qoruyub. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsinin mükafatçıları Elvin Mürsəliyev (75 kq) və Rafiq Hüseynov (80 kq) 6-cı, Həsən Əliyev (66 kq) 9-cu, İslam Abbasov (85 kq) isə 10-cu sıradadır.
59 kq
2. Rövşən Bayramov - Dünya çempionatı 2-ci
yer (2)
12. Elman Muxtarov - Avropa Oyunları 3-cü yer (12)
66 kq
9. Həsən Əliyev - Qızıl Qran Pri 3-cü yer
(12)
18. Kamran Məmmədov - Qızıl Qran Pri 2-ci yer (nr)
71 kq
1. Rəsul Çunayev - Dünya çempionatı 1-ci
yer (1)
75 kq
6. Elvin Mürsəliyev - Qızıl Qran Pri 3-cü
yer (5)
80 kq
6. Rafiq Hüseynov - Qızıl Qran Pri 2-ci
yer (2)
85 kq
2. Saman Təhmasibi - Dünya çempionatı 3-cü
yer (4)
10. İslam Abbasov - Qızıl Qran Pri 3-cü yer (13)
98 kq
17. Şalva Qadabadze - Qızıl Qran Pri 1-ci
yer (nr)
18. Orxan Nuriyev - Paris Qran Pri turniri 3-cü yer (18)
130 kq
4. Sabah Şəriəti - Qızıl Qran Pri 1-ci yer
(5)
Qeyd edək ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.
Messidən unikal rekord
"Sabah" hücumçu aldı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi