“Kəpəz”in aparıcı futbolçusu “Qarabağ”la oyunu buraxacaq

“Kəpəz”in aparıcı futbolçusu “Qarabağ”la oyunu buraxacaq
XƏBƏR 7 Fevral 2016 / 18:48 4787
-  A +

“Kəpəz” klubu ciddi itki ilə üzləşib.

Qol.Az-ın məlumatına görə, Topaz Premyer Liqasının XXI turunda doğma meydanına "Qarabağ”ı qəbul edəcək Gəncə təmsilçisi Budaq Nəsirovun xidmətindən yararlana bilməyəcək.

Buna səbəb onun bu gün AZAL-la oyunda cəzalı duruma düşməsidir. Komandasının ilk qolunun müəllifi olan yarımmüdafiəçi sarı vərəqə limitini doldurub.

Qeyd edək ki, “Kəpəz" - "Qarabağ" oyunu fevralın 14-də keçiriləcək.

 


Son xəbərlər