İlk rinqə çıxan o oldu. Titulları sadalandıqca insanı vahiməyə salan adam. Ləqəbi "dağıdan" olan Badru Lusambia. Başına dəyən zərbələrdən sonra Farizə gülümsəyən uqandalı...
Boksçunun karyerası ərzində başına o qədər zərbələr endirilir ki... Bəlkə də bu səbəbdən Lusambianın özünə doğru ləqəbi seçmək üçün ağlı qalmamışdı. O, əsil "adamyeyən" idi. Buna baxmayaraq, Fariz 15 illik həsrətə son qoymalıydı. Ona boşuna ümidərin bəslənmədiyini isbatlamalı, televiziya qarşısında oğlunu həyəcanla izləyən anasını sevindirməliydi. Və nəhayətində dünya çempionu olmalıydı.
Qələbəsi qədər rinqə addımlaması da möhtəşəm idi. "Bayatı Şiraz" sədaları altında, Tacirin möhtəşəm ifası... Bunlar sözlə ifadə ediləsi duyğular deyil. Tüklərin biz-biz olduğu gecəyə canlı şahidlik etdiyim üçün özümü xoşbəxt saya bilərəm.
7-dən 77-ə hər kəs Farizin qələbəsini görmək məqsədi ilə bir araya toplaşmışdı. Uqanda himni səslənəndə ayağa qalxmayan gitaraçı Rəmişdən, onun bu addımını xoş qarşılamayan sevimli Gülü xanımdan tutmuş, döyüşün sonunda çempionla şəkil çəkdirmək həvəsində olan balaca uşaqlaradək...
Danq... Döyüş başladı. 12 rəqəmi Farizin alın yazısıdı. İlk döyüşünə, ön cəbhəyə 12 yaşında yollanmışdısa, rinqdəki sonuncu döyüşünün taleyinə 12 raund ərzində aydınlıq gətirməliydi. Solaxay Lusambia ilə görüş asan keçməyəcəkdi. Bu, elə qarşılşamanın başlanğıcında da öz təsdiqini tapdı. Ancaq Farizin ara-sıra effektli zərbələri ümidverici idi. 5-ci sinifdə oxuyarkən məktəbli çantasını avtomata dəyişən boksçumuzun 12 yaşında uduzmaması onun əlində olmasa da, budəfəki döyüşün taleyi Farizin sehrli əlcəklərində idi.
Və 3-cü raund... Badru ciyər nahiyəsindən aldığı zərbədən sonra sarsılmışdı. Zala toplaşan tamaşaçıların "Hə, "davay" Fariz" sədaları Məmmədovu irəliyə atılması üçün daha da ruhlandırırdı. Uqandalını rinqin küncünə sıxışdırmaqla, rəqibinin qarın hissəsindən zərbələr endirmək taktikasını seçən boksçumuz 15 illik həsrətinə 8-ci raundda çatdı.
Məğlub olan Lusambia rəqibinə revanş matçı təklif etsə də, Fariz "Əl çək məndən, qarabala, yorulmuşam" deyərək, sözünün üstündə durdu. O, nəticədən asılı olmayaraq, döyüşdən əvvəl karyerasında sonuncu matçına çıxdığını rəsmən açıqlamışdı. Təbii ki, o, rinqdəki sonuncu döyüşünü nəzərdə tuturdu.
Əslində isə, döyüş Farizin alın yazısıdı. Vaxtı ilə "Qarabağ" futbol klubunun məşqçisi olmuş Milli Qəhrəman Allahverdi Bağırovun rəhbərlik etdiyi könüllülər batalyonunun ən balaca əsgərinin döyüşçü ruhu dəyişməz olaraq qalır. Sadəcə, illər avtomatın kəmərini WBF (World Boxing Federation) və WBCA versiyalarında dünya çempionu kəmərləri ilə əvəzlədi.
12 yaşında ikən ilk döyüşündən məğlub ayrılan Məmmədov revanşı gözləyən saysız-hesabsız oğullardandı. O, ötən gecə qazandığı kəmərləri silahı çiyində saxlayacaq kəmərlə əvəzləmyə hər an hazır olan biridi. Təəssüf ki, sonuncu döyüşün vaxtı açıqlanmır. Amma istənilən halda meydan sahibləri biz olacağıq. Döyüş bizim torpaqlarda keçiriləcək...
Emin SƏFƏROV, Sport7.az
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı
Tunis millisinin 8 futbolçusunun dopinq testi müsbət çıxdı
"Zirə"dən yeni transfer
Yamal: "Qardaşım mənim üçün oğlum kimidir"
Tanınmış futbolçu "Fənərbaxça"da - Rəsmi
“Qarabağ”ın oyununa bilet satışı müvəqqəti dayandırıldı
Ter Ştegenin yeni klubu bilindi
“Araz-Naxçıvan”da yeni məşqçi təyinatı
“Qarabağ”dan bu yayın 7-ci transferi - Rəsmi
Rafinya Norveçlə oyunu buraxacaq
"Bavariya"dan 55 milyon avroluq transfer
“Qarabağ” - “Vestri” oyununun biletləri satışda
Cavid Hüseynovun köməkçiləri müəyyənləşdi
“Top saçıma toxunduğu üçün ofsayd qərarı verildi”
Naqelsmanın istefasının səbəbi açıqlandı
Deşamdan Mbappeyə hədiyyə - Video
Kevin Medina yeni klubunda təqdim olundu - Şəkillər
“Kəpəz”ə yeni rəhbər seçilib
Misir millisinin baş məşqçisi ilə polis arasında insident
Komandası ilə vidalaşdı, “Qarabağ”a qoşuldu
Ronaldo eyvana çıxıb azarkeşləri coşdurdu - Video
"Şəfa" Premyer Liqa üçün hazırlığa start verdi - Şəkillər
Alleqrinin yeni klubu rəsmiləşdi
Britaniya futbolu tarixinin ən bahalısı oldu
Futbolçu raket atəşi nəticəsində həyatını itirdi
Ronaldodan daha bir ilk
Mundialla vidalaşdı, milli karyerasını başa vurdu
Naqelsmann Almaniya millisindən ayrıldı
Ronaldo Modriçə nə deyib?
DÇ-2026-da 1/8 finalın müəyyənləşən cütlükləri
İspaniya millisi növbəti mərhələyə belə adladı - Video
Dubl edən yox, Yamal matçın ən yaxşısı seçildi
İspaniya 1/8 finalda - Yenilənib
"Neftçi" "ÇFR Kluj"a belə uduzdu - Video
"Rəqib güclü və keyfiyyətli komanda idi" - Yuri Vernidub
Premyer Liqa klubu baş məşqçisini göndərdi
DÇ-2026-da "86-cı dəqiqə" kabusu
"Neftçi" Rumıniya klubuna uduzdu
İspaniya - Avstriya: Heyətlər