"Gərgin oyun oldu. Qrupdan çıxmaq üçün sonuncu şansımız idi. Qələbə qazanmalı idik və öhdəsindən gələ bildik".
Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bu sözləri Azərbaycan milli komandasının futzalçısı Rizvan Fərzəliyev deyib.
Serbiyanın Belqrad şəhərində keçirilən futzal üzrə Avropa çempionatının qrup mərhələsinin ikinci oyununda Çexiya yığmasını məğlub edən milli komandanın müdafiəçisi oyun haqda bunları bildirib:
"İlk dəqiqələrdən üstünlük bizim tərəfdə idi. Rəqib qapısından 2 top keçirmişdik. Sadəcə olaraq ani səhvlərdən qapımızda qol gördük. Ancaq ümumi taktiki baxımdan çexlər elə də üstün deyildi. Şadam ki, sonda qələbəni əldə etdik. Bizə dəstək olan azarkeşlərə, bizi televiziya vasitəsilə izləyən tamaşaçılara minnətdarlığımızı bildiririk".
R.Fərzəliyev Çexiya yığmasının cavan futzalçılardan təşkil olunduğunu söyləyib:
"Qaçmağa üstünlük verirlər. Ancaq deməzdim ki, taktiki baxımdan hazırlıqlı komandadır. Biz ustalıq baxımından rəqibdən üstün idik. Ümid edirəm ki, İtaliya Çexiyanı məğlub edər və biz qrupdan çıxarıq. Oyundu, hər şey ola bilər. Ancaq biz üstünlüyü İtaliyaya veririk. Qrupdan çıxıb rəqibimizi gözləyəcəyik. Avropa çempionatında zəif rəqib olmur. Oyunlara qələbə əzmi ilə çıxırıq".
Müdafiəçi bildirib ki, komanda hücumçu Amadeu Fernandes da Silvanın yoxluğunu hiss etdirməyib: "Amadeunun yeri görünürdü. Lakin rəqib o qədər də güclü deyildi. Bu səbəbdən o olmadan da qələbə qazandıq".
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər
"Real"ın futbolçuları bütün klubları geridə qoydu
"Onlar haqqında hər şeyi bilirik" - Tomas Tuxel
Sabiq "Çelsi"li karyerasını bitirdi
"Meksika futbolu üçün tarixi matçlardan biri olacaq"
Bu da “Qarabağ”ın 8-ci transferi - Rəsmi
Həm bombardirdilər, həm də "tənbəl"
DÇ-2026-da ən çox qol epizodu yaradan müdafiəçi oldu
Braziliya Norveç tilsimini qıra biləcək?
"Zirə" afrikalı oyunçu transfer etdi
"Real"ın ilk tur matçı təxirə salına bilər
"Fənərbaxça"dan kapitanla bağlı qərar - Rəsmi
"Real" növbəti transferini açıqladı
Klopp Almaniya millisinin baş məşqçisi olacaq
Azərbaycan cüdoçusu Praqada gümüş medal qazandı
"Kəpəz"in daha bir rəqibi müəyyənləşdi
Fransanı 1/4 finala yüksəldən qələbə - Video
Duqlas Kostanın yeni klubu bilindi
“Mbappe əlimi sıxmaqdan imtina etdi” - Video
Ançelotti Norveç millisini təriflədi
Adi top azlıq etdi, XXL gətirdilər - Video
“Vestri” “Qarabağ”la oyundan əvvəl xal itirdi
Mərakeşin böyükhesablı qələbəsi - Video
İngiltərə millisi gücləndirilmiş mühafizə altında
DÇ-2026: Braziliya Norveçə qarşı
Mbappe Messini keçdi - Bombardirlik yarışı
Fransa və Mərakeş 1/4 finalda - DÇ-2026
Paraqvay – Fransa matçının start heyətləri açıqlandı
Hakim qərarı Kabo-Verde azarkeşlərini özündən çıxardı
Erve Renar istefa verdi
"Qarabağ"dan 1-ci liqa klubuna keçdi
"Turan Tovuz" yeni qapıçı transfer etdi
Mərakeşin futbolçusu sıradan çıxdı
Argentina Almaniyanın DÇ rekordunu təkrarladı
"Beşiktaş" futbolçusu ilə yollarını ayırdı
"Son oyunlardakı performansımız kifayət etməyəcək"
Kanada - Mərakeş: Heyətlər
"Barselona"dan Əl-Hilal"a keçə bilər