"Şans bizdən üz döndərdi" – "Neftçi"nin futbolçusu

"Şans bizdən üz döndərdi" – "Neftçi"nin futbolçusu
XƏBƏR 6 Fevral 2016 / 10:32 3063
-  A +

“Oyun gözlədiyimizdən daha çətin keçdi. “Rəvan” hörmət ediləsi komandadır. Bu gün də bizə qarşı güclü mübarizə apardılar və bunun nəticəsində bizdən xal aldılar".

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri “Neftçi”nin futbolçusu Elşən Abdullayev Topaz Premyer Liqasının 20-ci turunda "Rəvan"la oyundan (1:1) sonra deyib.

Gənc futbolçu şansın komandasından üz dördəndiyini bildirib: "Oyuna zəif başladıq, bəlkə də rəqibi ciddiyə almadıq deyə xal itkisi baş verdi. Düzdür, qol imkanlarımız da oldu, amma şans da bizdən üz döndərdi. İnşallah, növbəti oyunlarda çalışacağıq qələbə qazanaq”.


Son xəbərlər