Fariz Məmmədovun rəqibi: “Mənim ləqəbim dağıdandı”

Fariz Məmmədovun rəqibi: “Mənim ləqəbim dağıdandı”
XƏBƏR 6 Fevral 2016 / 00:01 6729
-  A +

Bu gün Azərbaycanın ilk peşəkar boksçusu, “Qəbələ” İdman Klubunun üzvü Fariz Məmmədov peşəkar boks tariximizdə ilk dəfə olaraq WBF (World Boxing Federation) və WBCA versiyalarında dünya çempionluğu uğrunda Uqanda təmsilçisi Badru Lusambiaya qarşı döyüşəcək.

Qol.Az-ın futbolxeber.az-a istinadən yaydığı xəbərə görə,  döyüşdən öncə keçirilən mətbuat konfransında afrikalı boksçu iddialı danışıb:

“Bu, Azərbaycana ilk gəlişimdi. Mənim ləqəbim dağıdandı. Rəqibimə gücümü göstərmək istəyirəm. Bura kəmərləri aparmaq üçün gəlmişəm. Fariz Məmmədov haqda məlumat toplamamışam. Çünki əsas olan öz hazırlığımdı”.

Son xəbərlər