Bu gün doğum gününü qeyd edən “Kəpəz”in futbolçusu Elvin Cəbrayllı klubun rəsmi saytına müsahibə verib.
- Doğum günü ilə bağlı xüsusi hədiyyə gözləyirsən?
- Mənim üçün əsas hədiyyə “Kəpəz”in heyətində çempionat matçında debütüm və qazandığımız qələbə oldu. Doğrudan da yaxşı oynadıq. “Qəbələ” kimi komandaya qarşı layiqincə mübarizə aparmağımızı və üç qol vuracağımızı heç kim gözləmirdi. Rəqib mövsümün ikinci hissəsinə Türkiyədə, biz isə Yevlaxda hazırlaşmışdıq. Ona görə də kağız üzərində hamı onları favorit göstərirdi. Amma biz sübut etdik ki, qələbəyə layiq olan tərəf bizik. “Kəpəz” Premyer Liqada daha yuxarı yerlərə layiqdir. Bunun üçün də mübarizəmizi davam etdiririk.
- Oyunun sonlarında meydana daxil olsan da, ab-havanı hiss edə bildin?
- Baş məşqçimiz Şahin Diniyev məni meydana buraxanda ilk anlarda həyacanlı idim. Stadionda möhtəşəm atmosfer vardı. Azarkeşlərimiz oyunu qızışdırdı. “Kəpəz”də ilk oyunumun olmağı və fanatların çılğın dəstəyi məni həyacanlandırdı. Amma oyunda uşaqların əzmkar mübarizəsini duyduqdan sonra hər şey yerinə düşdü. Azarkeşlərimiz Azərbaycanda bir nömrədir. “Kəpəz” ölkədə ən çox azarkeşı olan klubdur.
- Yəqin ki, baş məşqçidən gələcək oyunlar üçün yenə şans gözləyirsən.
- Əlbəttə, öncə etimada görə Şahin Diniyevə təşəkkür edirəm. Az oynasam belə meydana çıxdığım üçün sevincliyəm. Əgər yenə şans verilsə, əlimdən gələni edəcəm. Nə qədər oynamağımın və kimin oynamasının fərqi yoxdur. Əsas olan komandanın qələbəsidir. Məncə, düzgün yoldayıq, bunun da nəticəsini mövsümün sonunda görəcəyik.
- Yəqin ki, Avroliqaya vəsiqəni nəzərdə tutursan.
- Bəli, çempionatda avrokuboka vəsiqə verən yerlər uğrunda oynayırıq. Oyunumuzla bunu sübut etməyə çalışırıq. İnşallah, mövsümün sonunda Premyer Liqanı arzuladığımız yerdə başa vurarıq.
- Şahin Diniyev haqda minimumdan maksimum əldə edən məşqçi kimi bəhs edirlər. Bu barədə sən nə deyə bilərsən?
- Düz deyirlər, yeni yaranmış komandayıq. Şahin Diniyev tez bir zamanda yığdığı heyətlə necə məşqçi olmasını bir daha sübut etdi. O, göstərdi ki, qısa vaxtda nəticə verməyə qadir mütəxəssisdir. Qismət olarsa, futbolçu kimi uzun illər onun rəhbərliyi altında oynamaq istərdim. İndi onun komandasında olduğum üçün xoşbəxtəm. Məşqçimizdən çox şey öyrənirik
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək
Elçin Məsiyev dünya çempionatına təyinat aldı
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
"Sabah"ın U-19 komandası "Barselona"ya 7 qolla uduzdu
“Barselona” və “Real” barışıq əldə edə bilmədi
Yunis Hüseynovun cəzası bilindi
Burnu qırılan "Qalatasaray" futbolçusu əməliyyat edildi
“Qarabağ”ın xanım azarkeşləri üçün pulsuz biletlər
Musialanın səhhəti ilə bağlı mühüm detal üzə çıxdı
Zaur Həşimovla bağlı qərar verildi - "Şəfa"da iclas
İsrail "Qalatasaray" azarkeşlərindən UEFA-ya şikayət etdi
“Tottenhem”də yeni müqavilə
"Real" PSV-ni belə darmadağın etdi - Video
İtaliya millisinin təklifini rədd etdiyini açıqladı
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Çempionlar Liqasında iki tarixi rekord
Amerika kuboku bu ölkədə keçiriləcək
Deniz Gülün qələbə qolu və burnuna dəyən təpik - Video
Okan Buruk “Aston Villa” qələbəsini dəyərləndirdi
"Qalatasaray" və "Real"dan qələbə - ÇL-də nəticələr
Ronaldodan 987-ci qol
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu