Ümumdünya Boks Seriyasında mübarizə aparan “Baku Fires” klubu sabah yeni mövsümdə ikinci görüşünə çıxacaq.
Qol.Az-ın məlumatına görə, komandamızın rəqibi “Uzbek Tigers” olacaq.
Bu gün hər iki komandanın baş məşqçilərinin və boksçularının iştirakı ilə çəki mərasimi və mətbuat konfransı keçirilib. Döyüşün supervayzeri Patt Fiakko ötən il Avropa Oyunlarında Bakıda olduğunu xatırladaraq, yenidən şəhərimizə gəlməkdən məmnunluğunu ifadə edib.
Qonaqların baş məşqçisi Rovşan Xocayev Özbəkistanın WSB-yə yeni qoşulduğunu deyərək, debüt mövsümündə güclü rəqiblərlə üz–üzə gələcəklərini bildirib: “D qrupunda “Baku Fires” və "Astana Arlans" kimi güclü rəqiblər var. Əminəm ki, ən maraqlı və gərgin görüşlər məhz bizim qrupda olacaq”.
Xocayev ilk turda səfərdə Puerto Riko komandasını 5:0 hesabı ilə məğlubetmələrinin təsadüfi olmadığını vurğulayıb: “Biz çempionata yaxşı hazırlaşmışıq. Kubada bu ölkənin boksçuları ilə təlim-məşq toplanışımız oldu. Ümid edirəm ki, "Baku Fires"lə qarşılaşmada əksər çəkilərdə məhz biz qalib gələcəyik”.
“Baku Fires”in baş məşqçisi Nuripaşa Talibov Özbəkistanda böyük boks ənənələri olduğunu qeyd edib. O, “Uzbek Tigers”in debütant olmasına baxmayaraq, D qrupunda ən güclüllərdən sayıldığını deyib: “İlk görüşdə səfərdə “Astana Arlans”a 1:4 hesabı ilə uduzduq. Hesab edirəm ki, Karaqandada 91 kq çəki dərəcəsində mübarizə aparan Hacı Murtuzəliyev rəqibinə məğlub olmayıb. Ümumilikdə isə etiraf etmək lazımdır ki, “Astana Arlans” son çempiondur və liqanın ən güclü klublarındandır”.
Talibov adı iştirak ərizəsinə salınan Albert Səlimov və Abdulqadir Abdullayevin bu mövsümdə rinqə çıxıb-şıxmayacağı məsələsinə də toxunub. O, hər iki boksçunun milli komandanın düşərgəsində Macarıstanda beynəlxalq turnirdə olduqlarını xatırladıb. “Baku Fires”in baş məşqçisi Abdullayevin çox güman ki, Puerto Riko təmsilçisi ilə döyüşdə rinqdə olacağını deyib.
Qeyd edək ki, komandamızın düşərgəsində hazırda yeni boksçu var. Super ağır çəki dərəcəsində çıxış edən ukraynalı Vladislav Sirenkonun 20 yaşı var. Hələki onunla müqavilə imzalanmayıb.
Xatırladaq ki, “Baku Fires – “Uzbek Tigers“ görüşü sabah saat 19-da Boks Mərkəzində start götürəcək.
A seriyasında yeni qərar
"Mançester Siti"dən "Borussiya"ya keçə bilər
"Qalatasaray" futbolçusu ilə sağollaşır
İspaniya klubu azarkeşlərlə bağlı ciddi tədbir gördü
Premyer Liqada cari mövsümdə 36 penalti, 29 qol qeydə alınıb
"Arsenal" çempionluq yolunda itki ilə üzləşdi
"Fənərbaxça" "Milan"ın təklifini rədd etdi
“Qarabağ”da 2025-ci ildəki - 11 önəmli hadisə
FİFA prezidenti: ofsayd qaydalarında dəyişiklik ola bilər
"Real"ın futbolçusu İngiltərəyə qayıda bilər
Baklov "Turan Tovuz"un qapısını inamla qorudu
Kubok oyununda azı 3 qol vurdular
"Qarabağ"ın rəqibi məşqçisi ilə yollarını ayırdı
Klişi Mbappenin klubunun baş məşqçisi oldu
Mahir Emrelidən maraqlı paylaşım - Şəkil
Pedri hazırdır
Pyaniç karyerasını başa vurdu
Rusiya klubunun məşqçisi 32 yaşında vəfat etdi
Dünyanın ən bahalı qapıçıları - Siyahı
Əşrəf Hakimi 2 aydan sonra meydana qayıtdı
Xviça ən yaxşı seçildi və Kaladzenin rekordunu təkrarladı
Avropada driblinq üzrə lider
Qələbə qazanmadan pley-offa yüksəldi
Azərbaycanda 1-ci liqa klubu dağılmaq ərəfəsində
La Liqada ilin rəmzi komandası
Ramos Avropaya qayıtmağa yaxındır
Misir Salahsız heç-heçə etdi, pley-offa vəsiqə qazandı
"Roma" 3 qolla qalib gəldi
Filipe Luislə müqavilə uzadıldı
AFFA "Lənkəran"ın şikayətini qismən təmin etdi
"Tottenhem" onun maaşını ikiqat artıracaq
Semenyo Premyer Liqa klubu ilə razılığa gəldi
"Barselona"nın müdafiəçisindən xoş xəbər var
Məşhur məşqçi əməliyyat olundu