Azərbaycanın sərbəst güləş üzrə milli komandası fevralın 5-də Türkiyənin İstanbul şəhərində start götürəcək Yaşar Doğunun xatirə turnirində çıxış edəcək. Federasiyanın mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, üç gün davam edəcək ənənəvi yarışa 14 pəhləvan qatılacaq.
Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında Mahir Əmiraslanov, Georgi Edişeraşvili, Pərviz İbrahimov (hamısı 57 kq), Cahid Həsənzadə (61 kq), Hacı Əliyev, Ağahüseyn Mustafayev (hər ikisi 65 kq), Hacımurad Ömərov, Qitinomaqomed Hacıyev (hər ikisi 70 kq), Cəbrayıl Həsənov (74 kq), Aleksandr Qostiyev, Pərviz Axundov, Həmzət Osmanov (hamısı 86 kq), Şərif Şərifov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) çıxış edəcək. Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Sədi Quliyev Azərbaycanı təmsil edəcək.
Georgi Edişeraşvili əvvəllər Gürcüstan yığmasında çıxış edib. O, 2013-cü ildə Avropa çempionu olub.
Turnirin proqramına əsasən, fevralın 5-də 57 və 70 kq, fevralın 6-da 61, 74 və 125 kq, son yarış günündə isə 65, 86 və 97 kq çəki dərəcələrində pəhləvanlar mübarizə aparacaqlar.
Messidən unikal rekord
"Sabah" hücumçu aldı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı