"Bu qədər tamaşaçı qarşısında qələbə qazanmamaq günah olar"

"Bu qədər tamaşaçı qarşısında qələbə qazanmamaq günah olar"
XƏBƏR 2 Fevral 2016 / 18:58 4810
-  A +

"Əsas hədəfimiz qələbə qazanmaq idi. Üç xal əldə etdiyimiz üçün sevinirik. Qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bildik”.
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri “Kəpəz”in futbolçusu Budaq Nəsirov deyib. 

Topaz Premyer Liqasının 19-cu turunda "Qəbələ"yə qalib gəldikləri oyun haqda danışan gənc yarımmüdafiəçi baş məşqçinin tapşırıqlarını yerinə yetirdikləri üçün daha çox sevindiklərini söyləyib: “Əsas olan Şahin Diniyevin tapşırıqları idi. Onları maksimum şəkildə yerinə yetirib qələbə qazanmaq daha xoş oldu”.

Qəbələ təmsilçisi ilə görüşdə meydanda ən yaxşılardan biri olan Nəsirov məhsuldar ötürmə ilə yadda qalıb. Məhz onun topla uzun keçidindən sonra qapı qarşısına verdiyi ötürmə ilə Julien Ebah hesabı açıb: “Əsas olan komandanın qələbə qazanması idi. “Qəbələ” kimi güclü komandanı üç cavabsız qolla məğlub etməyimiz təlim-məşq toplanışında çəkdiyimiz zəhmətin bəhrəsi idi. Möhtəşəm azarkeş dəstəyi də bizə kömək etdi. Düzünü deyim ki, ölkəmizdə Gəncədəki qədər böyük tamaşaçı kütləsi qarşısında heç vaxt oynamamışam, heç görməmişəm də. Belə fanatlarımız olduğu üçün xoşbəxtik. Onların gözü qarşısında qələbə qazanmamaq günah olar”.

Son xəbərlər
06.11.25  14:33

"Qarabağ"da şok itki