"Barselona"nın kubokdakı rəqibi bəlli oldu

"Barselona"nın kubokdakı rəqibi bəlli oldu
XƏBƏR 29 Yanvar 2016 / 18:56 5619
-  A +

İspaniya kubokunda yarımfinal mərhələsinin püşkü atılıb.

Qol.Az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, püşk yarımfinalın iki cütlüyünü müəyyənləşdirib.

Kubokun son qalibi "Barselona" "Valensiya"ya rəqib olub. "Sevilya" isə 1/4 finalda Madrid "Atletiko"sunu mübarizədən kənarlaşdıran "Selta Viqo" ilə qarşılaşacaq.

Qeyd edək ki, ilk oyunlar 3-4 fevralda Barselona və Sevilyada keçiriləcək. Cavab görüşləri isə 10-11 fevralda baş tutacaq.

 


İspaniya kuboku, yarımfinal cütlüyü

"Barselona" - "Valensiya"

"Sevilya" - "Selta Viqo"

Daha çox


Son xəbərlər
topaz banner