"İnter"dən ayrılan futbolçu karyerasını başa vurdu

"İnter"dən ayrılan futbolçu karyerasını başa vurdu
XƏBƏR 29 Yanvar 2016 / 18:35 4387
-  A +

Bir müddət öncə İtaliya "İnter"indən ayrılan Nemanya Vidiç karyerasını başa vurub.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu barədə serbiyalı futbolçunun özü açıqlama verib:

"Artıq karyeramı başa vurmaq zamanı gəlib çatıb. Son illərdə aldığım zədələr mənə oynamaq imkanı vermədi. Bu səbəbdən futboldan getmək qərarı aldım. Bütün keçmiş komanda yoldaşlarıma və məşqçilərə təşəkkür edirəm".

Qeyd edək ki, Vidiç karyerası ərzində "Srvena Zvezda", "Spartak" (Moskva), "Mançester Yunayted" və "İnter"də çıxış edib.


Dünya Çempionatı 2026
Son xəbərlər
04.07.26  22:23

Erve Renar istefa verdi

topaz banner