“Sumqayıt” “Qarabağ”ın futbolçusunu geri göndərdi

“Sumqayıt” “Qarabağ”ın futbolçusunu  geri göndərdi
XƏBƏR 28 Yanvar 2016 / 15:30 7278
-  A +

“Sumqayıt”a icarəyə verilən  “Qarabağ”ın futbolçusu Eltun Yaqublu geri göndərilib. 

Bu barədə Qol.Az-a “Sumqayıt”ın baş məşqçisi Samir Abbasov məlumat verib.

O qeyd edib ki, gənc müdafiəçi Türkiyə toplanışı zamanı “Qarabağ”ın düşərgəsinə qayıdıb: “Biz Eltunla danışdıq, vəziyyəti ona başa saldıq. Əsas səbəb  onun oyununun məni qane etməməsi deyil. Burada limit məsələsi də var. Eltunun mövqeyində bizdə gənc futbolçu Cəmil Hacıyev çıxış edir. Yaş limitinə görə Cəmili oynatmalıyıq”.

Qeyd edək ki, Eltun Yaqublu ötən mövsümü icarə əsasında AZAL-da keçirib.

Son xəbərlər
06.11.25  14:33

"Qarabağ"da şok itki