"Mançester Siti"də ciddi itki

"Mançester Siti"də ciddi itki
XƏBƏR 28 Yanvar 2016 / 11:54 3200
-  A +

İngiltərə Liqa kubokunda yarımfinalında "Everton"a 3:1 hesabı ilə qalib gələn "Mançester Siti" ciddi itki ilə üzləşib.

Qol.Az-ın "Sky Sports"a istinadən verdiyi məlumata görə, komandanın yarımmüdafiəçisi Kevin de Bruyne zədələnib.

Matçın 66-cı dəqiqəsində Yaya Turenin əvəzinə meydana daxil olan belçikalı futbolçu 4 dəqiqə sonra qol vurub.

Lakin oyunun sonlarına doğru zədələnən futbolçunun hansı müddətə sıradan çıxdığı məlum deyil. Onun mövsümün sonuna qədər yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner