Julius Vobayın yeni komandası bəlli oldu

Julius Vobayın yeni komandası bəlli oldu
XƏBƏR 28 Yanvar 2016 / 00:50 10040
-  A +

“Neftçi”nin sabiq futbolçusu Julius Vobayın yeni komandası bəlli olub.

Qol.Az-ın məlumatına görə, Syerra Leone millisinin üzvü karyereasını Sloveniyada davam etdirəcək.

31 yaşlı yarımmüdafiəçi hazırda Sloveniya çempionatında lider olan “Olimpiya” klubu ilə razılığa gəlib.

Vobayın ötən gün komandanın məşqini izlədiyi və baş məşqçi Milan Mandariçlə görüşdüyü bildirilir. Onunla yaxın günlərdə müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, Vobay uzun müddətdir ki, klubsuzdur.  O, ölkəmizdə "Neftçi"dən əlavə, "Xəzər Lənkəran"ın da formasını geyinib.

Son xəbərlər
06.11.25  14:33

"Qarabağ"da şok itki