"Çelsi" Ramiresi satdı

"Çelsi" Ramiresi satdı
XƏBƏR 27 Yanvar 2016 / 19:26 8179
-  A +

"Çelsi" futbolçusu Ramiresi Çinin "Çzyansu Saynti" klubuna satıb.

Qol.Az-ın London klubunun saytına istinadən yaydığı xəbərə görə,  braziliyalı yarımmüdafiəçi yeni klubu ilə 4 illik müqavilə imzalayıb.

Britaniya mətbuatı bu transfer üçün Çin təmsilçisinin "Çelsi"yə təxminən 28 milyon avro ödəyəcəyini yazıb.


Qeyd edək ki, Ramires 2010-ci ildə "Benfika"dan 22 milyon funt sterlinqə "Çelsi"yə transfer olunmuşdu.


Son xəbərlər
topaz banner