Şevçenko Ukrayna millisində çalışacaq

Şevçenko Ukrayna millisində çalışacaq
XƏBƏR 25 Yanvar 2016 / 17:23 4791
-  A +

Ukrayna millisinin canlı əfsanəsi Andrey Şevçenko yenidən futbola qayıdır.

Qol.Az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, "Milan"ın və "Çelsi"nin sabiq üzvü bundan sonra ölkəsinin yığmasında çalışacaq.

Daha öncə Ukrayna Futbol Federasiyasının təklifini geri çevirən Şevçenko fikrini dəyişib. O, yığmada köməkçi məşqçi kimi işləməyə razılıq verib. Yaxın günlərdə Ukrayna Futbol Federasiyasının İcraiyyə Komitəsinin Şevçenkonun təyinatı ilə bağlı rəsmi açıqlama verəcəyi gözlənilir.

Qeyd edək ki, Şevçenko futbolçu karyerasına 2012-ci ildə "Dinamo" (Kiyev) klubunda başa vurub.


Son xəbərlər
06.11.25  14:33

"Qarabağ"da şok itki