Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” qonşu ölkədə hazırlığını davam etdirir.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda Türkiyəyə gəlməmişdən öncə heyətinə 4 yeni futbolçu – Vaqif Cavadov, Səlahət Ağayev, Nicat Muxtarov və Eltun Yaqublunu qatıb.
2006-cı ildən milli komandamızın şərəfini qoruyan yeni transferimiz Vaqif Cavadov “Sumqayıt"dakı çıxışından danışıb. 26 yaşlı futbolçu Türkiyədə baş tutan təlim-məşq toplanışını dəyərləndirərək keçirilmiş yoxlama oyunları haqqında açıqlama verib:
“Artıq bir həftədir ki Türkiyədə təlim-məşq toplanışını davam etdiririk. Hər şey yüksək səviyyədə təşkil edilib. Gündə iki dəfə olmaqla hazırlıq keçirik. Fikrimcə, Antalyaya gəlməyimiz komandanın xeyrinə olacaq. Ölkə daxilində qalsaydıq yoxlama oyunları baxımından axsayardıq. Burada olduğumuz müddət də üç yoxlama matçı keçirmişik. Qarşılaşdığımız rəqiblər fiziki göstəriciləri yüksək olan komandalardır. Hər üç oyunu üstün oynasaq da, yalnız birində qələbə qazana bilmişik. Dünən məğlub olduğumuz İran çempionu “Sepahan”la görüşdə də uşaqlar baxımlı futbol nümayiş etdirdi, lakin məğlub olduq. Belə qarşılaşmalarda nəticə önəmli deyil. Əsas olan odur ki, çempionatın 3-cü dövrəsinə qədər yaxşı forma yığaq”.
V.Cavadov komandaya uyğunlaşma haqqında sualımıza belə cavab verib:
“Uyğunlaşma baxımından heç bir problem yaşamadım. Sadəcə olaraq, baş məşqçinin göstərişi ilə mövqe dəyişikliyini vurğulaya bilərəm. Düşünürəm ki, bu da mənim üçün problem olmayacaq. Baş məşqçi Samir Abasova və komandaya kömək etməyə gəlmişəm. İnşallah, mövsümün sonunda komanda yuxarı pillələrdə qərarlaşacaq. Bunun gerçəkləşməsi üçün yaxşı heyətimiz var”.
"Sabah" hücumçu aldı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib
“Qarabağ” Koxalskinin gedişini açıqladı - Bu kluba keçdi
Türkilər “Liverpul”un baş sponsoru olur - Rəsmi
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
Keyn: “Çempionlar Liqasını qazanmağa yaxınıq”
AFFA-dan klublara cərimələr
ÇL-in oyunları bu kanallarda
“Liverpul” Avropanın ən nüfuzlu klubu seçildi
"Səbail" Fransadan oyunçu aldı
“Barselona”nın gəliri 1 milyard avronu keçsə də...
Bülent Korkmaz təyinatından 2 ay sonra istefaya göndərildi