"Kəpəz" Bakıda hazırlaşır

"Kəpəz" Bakıda hazırlaşır
XƏBƏR 21 Yanvar 2016 / 15:40 1330
-  A +

Yevlax toplanışından sonra iki günlük istirahətə buraxılan “Kəpəz” məşqləri bərpa edib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda Bakıda hazırlıq keçir.

Gündə bir dəfə məşqə çıxan “sarı-göylər” “Dalğa Arena”da hazırlaşır. Məşqçilər korpusu paytaxtda texniki və taktiki çalışmalara diqqət ayıracaq.

Xatıraldaq ki, komanda Bakıda iki yoxlama oyunu keçirəcək. Gəncə təmsilçisi yanvarın 23-də “Neftçi”, ayın 26-da isə “Ağsu” ilə qarşılaşacaq.

Son xəbərlər