"Qəbələ" Antalyada növbəti məşqinə çıxdı

"Qəbələ" Antalyada növbəti məşqinə çıxdı
XƏBƏR 19 Yanvar 2016 / 22:41 1294
-  A +

2015-2016 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən “Qəbələ” toplanışın 10-cu gününü 1 məşqlə yekunlaşdırıb.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Roman Qriqorçukun rəhbərliyi altında baş tutan hazırlıq zamanı komanda əsasən toplu çalışmalara üstünlük verib, həmçinin müxtəlif fiziki terminlər yerinə yetirib.

Hazırlıq prosesində yalnız zədəsi olan Elvin Camalov iştirak etməyib.


Son xəbərlər