"Barselona"nın hücumçusu "Fiorentina"da

"Barselona"nın hücumçusu "Fiorentina"da
XƏBƏR 19 Yanvar 2016 / 18:56 11839
-  A +

"Barselona" hücumçusu Kristian Telyonu yenidən icarəyə verib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, 24 yaşlı futbolçu "Fiorentina"ya keçib.

İspaniyalı futbolçu mövsümün sonuna qədər İtaliya klubunda oynayacaq. Lakin "Fiorentina"nın Telyonun birbaşa transfer hüququna yiyələnmək imkanı da var. Bunun üçün "Fiorentina" 8 milyon avrosundan keçməli olacaq.

Qeyd edək ki, 2014-cü ildən "Portu"da icarə əsasında çıxış edən Telyo cari mövsüm keçirdiyi 16 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə verib.


Son xəbərlər