Ruslan Abışov gələn ayadək oynamayacaq

Ruslan Abışov gələn ayadək oynamayacaq
XƏBƏR 19 Yanvar 2016 / 18:11 2261
-  A +

Müalicə almaq üçün Antalyadan Münhenə yollanan "Qəbələ"nin yarımmüdafiəçisi Ruslan Abışovun həkim müayinəsindən keçib.

Qol.Az-ın "Qəbələ İK" qəzetinə istinadən verdiyi məlumata görə, belində ağrılar hiss edən Abışov yanvarın 30-na kimi Almaniyada müalicə alacaq.

Onu gələn ay yenidən yaşıl meydanda görmək mümkün olacaq. Komandada başqa zədəli oyunçu yoxdur. İkinci dövrənin sonunu zədə səbəbindən buraxmalı olan əsas qapıçı Dmitri Bezotosnı da artıq qrup çalışmalarında iştirak edir.


Son xəbərlər