"Sumqayıt" "Şahdağ"ı darmadağın etdi

"Sumqayıt" "Şahdağ"ı darmadağın etdi
XƏBƏR 19 Yanvar 2016 / 16:58 4790
-  A +

Mövsümün ikinci yarısı üçün təlim-məşq toplanışını davam etdirən "Sumqayıt"ın əvəzedici komandası bu gün növbəti yoxlama oyununu keçirib.
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Rövşən Babayevin rəhbərlik etdiyi komanda Qusarın "Şahdağ" klubunu 6:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Bu oyunda Sumqayıt təmsilçisinin üzvü Emil Həsənzadə het-trikə Şahin Əliyev isə dubla imza atıb. Digər qolu isə Bayram Nuruzadə vurub.

Qeyd edək ki, "Sumqayıt"ın əvəzedici komandası daha öncə U-19 millimizlə heç-heçə edib, "Qaradağ Lökbatan"a isə uduzub.

Dünya Çempionatı 2026
Son xəbərlər
04.07.26  22:23

Erve Renar istefa verdi

topaz banner