"Xəzər Lənkəran"da yeni futbolçu

"Xəzər Lənkəran"da yeni futbolçu
XƏBƏR 19 Yanvar 2016 / 13:00 7937
-  A +

"Xəzər Lənkəran" klubu baxışa yeni futbolçu cəlb edib.

Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, milli komandanın sabiq futbolçusu Mirzağa Hüseynpur "ağ-yaşıllar"ın bu gün keçiriləcək məşqində iştirak edəcək.

Hücumçu saat 16:00-da Lənkəran şəhər stadionunda ilk məşqinə çıxacaq. Mövsümün ilk hissəsini "Sumqayıt"ın heyətində keçirmiş M.Hüseynpurla müqavilə bir müddət əvvəl qarşılıqlı razılıq əsasında ləğv olunub.

Qeyd edək ki, Rusiya "Rostov"unun yetirməsi olan hücumçu karyerası ərzində "Mitos" (Rusiyanın), Azərbaycanın "İnter", "Simurq" və "Sumqayıt" klublarında çıxış edib.


Son xəbərlər