"Qəbələ" "Ayntraxt"la qarşılaşacaq

"Qəbələ" "Ayntraxt"la qarşılaşacaq
XƏBƏR 19 Yanvar 2016 / 11:25 2357
-  A +

“Qəbələ”nin əvəzedici komandası 2015-2016-cı il mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirir.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə,  yanvarın 16-dan Türkiyədə olan “qırmızı-qaralar” təlim-məşq toplanışını Antalyada gerçəkləşdirir.

Hazırlıq çərçivəsində bir neçə yoxlama oyunu keçirməyi planlaşdıran Ramin Quliyevin komandası  ilk sınağına  bu gün çıxacaq. “Qəbələ” Almaniya təmsilçisi “Ayntraxt”ın (Frankfurt) gənclərdən ibarət komandası ilə qarşılaşacaq.


Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Oyun “La Atlantis Hotel Gündoğdu”nun meydanında keçiriləcək.

Son xəbərlər