Messinin zədəsi ciddi deyil

Messinin zədəsi ciddi deyil
XƏBƏR 18 Yanvar 2016 / 19:46 4710
-  A +

"Barselona" futbolçusu Lionel Messinin İspaniya La Liqasının 20-ci turunda "Atletik"ə (Bilbao) qarşı matçda zədələndiyi xəbərini təsdiqləyib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı məlumata görə,  sözügedən qarşılaşmada ayağının arxa əzələsində yüngül ağrı hiss edən argentinalı hücumçu bu gün tibbi müayinədən keçib. Onun zədəsinin ciddi olmadığı açıqlanıb.

Qeyd edək ki, L.Messi "Atletik"lə oyunda birinci hissənin sonunda Arda Turanla əvəzlənib.


Son xəbərlər