FİFA-dan AFFA-ya başsağlığı

FİFA-dan AFFA-ya başsağlığı
XƏBƏR 18 Yanvar 2016 / 17:21 4835
-  A +

FİFA futbol veteranı Valeri Hacıyevin vəfatı ilə əlaqədar AFFA-ya başsağlığı məktubu ünvanlayıb.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, FİFA prezidenti səlahiyyətlərini icra edən İssa Hayatou tərəfindən imzalanmış məktubda qeyd olunub ki, “Neftçi” klubunun heyətində SSRİ çempionatının bürünc medalını qazanmış Valeri Hacıyevin dünyasını dəyişməsi beynəlxalq futbol ailəsinin üzvlərini kədərləndirir və bu münasibətlə FİFA mərhumun ailəsinə, onu sevənlərə dərin hüznlə başsağlığı verir.

Daha çox


Son xəbərlər