"Bu, bizim ikinci oyunumuz idi. İki matçımızı iki gün öncə keçirdiyimizdən, futbolçularda yorğunluq hiss olunurdu".
Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bunu Almaniya "Verder"i ilə (0:1) keçirilmiş yoxlama görüşündən sonra Bakı "İnter"inin baş məşqçisi Zaur Svanadze klub televiziyasına açıqlamasında deyib.
Gürcüstanlı mütəxəssisin fikrincə, minimal hesablı məğlubiyyətə rəğmən, komandası normal çıxış edib. Hazırlıqlarını davam etdirəcəklərini və çatışmazlıqlar üzərində işləyəcəklərini bildirən Z.Svanadze yeni transferlərdən də danışıb:
"Kamran Ağayev və Vüqar Nadirov komandaya normal qoşulublar. Qara Qarayev isə gəncdir, məncə, yaxşı perspektivi var. Onu ikinci oyundur ki, meydana buraxırıq. Hələlik Qarayevdən razıyam. Bundan başqa, heyətdə yeni futbolçuların olacağı gözlənilir. Məndə olan məlumata görə, bu istiqamətdə iş gedir. Gözləyirik".
58 yaşlı baş məşqçi toplanışın zədəsiz ötüşmədiyini də əlavə edib:
"Toplanış normal məcrada davam edir. Təəssüf ki, həmişəki kimi, zədəsiz ötüşmür. Mirhüseyn Seyidov və Mirsahib Abbasov zədələnib. Rauf Əliyev isə müalicə kursu keçir".
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək
Elçin Məsiyev dünya çempionatına təyinat aldı
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
"Sabah"ın U-19 komandası "Barselona"ya 7 qolla uduzdu
“Barselona” və “Real” barışıq əldə edə bilmədi
Yunis Hüseynovun cəzası bilindi
Burnu qırılan "Qalatasaray" futbolçusu əməliyyat edildi
“Qarabağ”ın xanım azarkeşləri üçün pulsuz biletlər
Musialanın səhhəti ilə bağlı mühüm detal üzə çıxdı
Zaur Həşimovla bağlı qərar verildi - "Şəfa"da iclas
İsrail "Qalatasaray" azarkeşlərindən UEFA-ya şikayət etdi
“Tottenhem”də yeni müqavilə
"Real" PSV-ni belə darmadağın etdi - Video
İtaliya millisinin təklifini rədd etdiyini açıqladı
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Çempionlar Liqasında iki tarixi rekord
Amerika kuboku bu ölkədə keçiriləcək
Deniz Gülün qələbə qolu və burnuna dəyən təpik - Video