"Real"ın transfer qadağası ilə bağlı FİFA tərəfindəb cəzalandırılmasına səbəb olan səkkiz futbolçudan ikisinin komandanın baş məşqçisi Zinəddin Zidanın oğulları olduğu müəyyənləşib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə Madrid klubunun icraçı direktoru Joze Angel Sançes keçirdiyi mətbuat konfransında məlumat verib:
"FİFA 39 futbolçu barədə araşdırma aparırdı və səkkiz futbolçuya görə kluba cəza verildi. Bu oyunçulardan ikisi Zidanın uşaqlarıdır. Biri isə Ezekyel Qarayın ("Zenit"in argentinalı futbolçusu) qardaşıdır".
J.A.Sançes FİFA-nın verdiyi cəzanın düzgün olmadığını da vurğulayıb. O qeyd edib ki, futbolçuların transferi zamanı heç bir qanun pozuntusuna yola verilməyib:
"Oyunçuları transfer edərkən onları ailələrindən uzaqlaşdırmamışıq. Bu klubun özünü etik qaydaları var".
Qeyd edək ki, 18 yaşına çatmayan futbolçuların transferi zamanı qanun pozuntusuna yol verdiyi üçün FİFA "Real"a transfer qadağası qoyub. FİFA-nın qərarına görə "Real" bu yay və gələn qışda yeni futbolçu sifariş edə bilməyəcək. Bundan başqa, "Real" 360 min İsveçrə frankı məbləğində cərimələnib.
Yuxarı
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi