Ötən ilin noyabrında bəzi KİV-lərdə sabiq FİFA hakimləri Asim Xudiyev, Ramiz Əsədov və Xaqani Məmmədovun iştirakı ilə keçirilmiş beynəlxalq oyun zamanı komandalardan birinin hakimlərə rüşvət təklif etməsi ehtimalını özündə əks etdirən videogörüntülərlə bağlı məsələni araşdırarkən, hazırda "Qəbələ" komandasının baş məşqçisi olan Roman Qriqorçuk da dindirilib.
Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bu barədə AFFA-nın xüsusi komissiyasının üzvü, qurumun İcraiyyə Komitəsinin üzvü və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov məlumat verib.
Onun sözlərinə görə, araşdırma zamanı oyunun iştirakçıları - baş məşqçilər və hakimlərin hamısı dindirilib: "Hər kəsi dəvət edib, dinləmişik. Onlar öz fikirlərini söylədi. Nəticədə faktlar öz təsdiqini tapmadı və buna əsasən də rəy verildi".
Araşdırmanın gedişatının gizli saxlanıldığını əsas gətirən V.Sadıqov AFFA-nın Hakimlər Komitəsinin hazırkı sədrinin və digərlərinin özlərini hansı əsaslarla müdafiə etmələrini açıqlamaq istəməyib.
Qeyd edək ki, komissiya 2001-ci ildə UEFA Kubokunda "Osiek" (Xorvatiya) - "Dinaburq" (Latviya) oyunu zamanı baş verənlərlə bağlı araşdırma aparıb. Həmin vaxt "Dinaburq"un baş məşqçisi hazırda "Qəbələ"nin sükanı arxasındakı Roman Qriqorçuk olub.
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək
Elçin Məsiyev dünya çempionatına təyinat aldı
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
"Sabah"ın U-19 komandası "Barselona"ya 7 qolla uduzdu
“Barselona” və “Real” barışıq əldə edə bilmədi
Yunis Hüseynovun cəzası bilindi
Burnu qırılan "Qalatasaray" futbolçusu əməliyyat edildi
“Qarabağ”ın xanım azarkeşləri üçün pulsuz biletlər
Musialanın səhhəti ilə bağlı mühüm detal üzə çıxdı
Zaur Həşimovla bağlı qərar verildi - "Şəfa"da iclas
İsrail "Qalatasaray" azarkeşlərindən UEFA-ya şikayət etdi
“Tottenhem”də yeni müqavilə
"Real" PSV-ni belə darmadağın etdi - Video
İtaliya millisinin təklifini rədd etdiyini açıqladı
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Çempionlar Liqasında iki tarixi rekord
Amerika kuboku bu ölkədə keçiriləcək
Deniz Gülün qələbə qolu və burnuna dəyən təpik - Video