"Sumqayıt"dan daha bir transfer (FOTO)

"Sumqayıt"dan daha bir transfer (FOTO)
XƏBƏR 14 Yanvar 2016 / 18:33 5178
-  A +

Topaz Premyer Liqasının III dövrəsi üçün hazırlığını davam etdirən “Sumqayıt” klubu növbəti futbolçunu heyətinə qatıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, daha öncə “Rəvan”da çıxış etmiş Nicat Muxtarov Sumqayıt təmsilçisi ilə 2,5 illik müqavilə imzalayıb.

Gənc futbolçu “Sumqayıt”da 8 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, "Sumqayıt" daha öncə Kənan Manafov, Vaqif Cavadov, Eltun Yaqublu və Səlahət Ağayevi transfer edib.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner