"Kəpəz" ilk oyununda 6 qolla qalib gəldi

"Kəpəz" ilk oyununda 6 qolla qalib gəldi
XƏBƏR 14 Yanvar 2016 / 13:12 4841
-  A +

Mövsümün ikinci yarısı üçün hazırlığı davam etdirən “Kəpəz” toplanış müddətində ilk yoxlama oyununu keçirib.
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Yevlaxda məskunlaşan “sarı-göylər” əvəzedici heyətlə qarşılaşıb.

Oyun əsas komandanın 6:0 hesablı qələbəsi ilə başa çatıb. “Kəpəz”dən ilk yarıda Bəxtiyar Soltanov, Azad Kərimov, Ceyhun Cavadov, fasilədən sonra isə Budaq Nəsirov və iki dəfə Julien Ebah fərqlənib.

Qeyd edək ki, hər iki komandanın baş məşqçisi birinci və ikinci hissədə fərqli heyətə şans verib. 

Daha çox


Son xəbərlər
09.11.25  22:42

Məşhur klub satılır