"Xəzər Lənkəran” klubunun ciddi maliyyə problemləri ilə üzləşməsi və klubun dağılmaq təhlükəsində olmasına rəsmi münasibət bildirilib
Vəziyyətlə bağlı Qol.Az-ın müxbirinə açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məsələnin bir qədər şişirdildiyini deyib:
“Komanda hazırda məşq edir. Klubun dağılmasından söhbət gedə bilməz. Sadəcə, baxışa gələn futbolçular geri qaytarılıb. Akademiyamızın perspektivli futbolçuları ilə çempionatda iştirakımız davam edəcək”.
Klub rəsmisi baş verənlərin FİFA-nın “Xəzər Lənkəran” haqda verdiyi qərarın təsiri olmadığını bildirib: “Üç futbolçu var ki, onların borcunun müəyyən hissəsi yanvarın sonuna qədər ödənilməlidir. Əks halda FİFA tərəfindən kluba növbəti sanksiyalar qoyula bilər. Tək transfer qadağası yox, klubun xalını da silə bilərlər. Ancaq bunun transfer işlərinin dondurulmasına dəxli yoxdur”.
H.Cəbrayıloğlu baş məşqçi Yunis Hüseynovun istefa verəcəyi haqda yayılan xəbərə də münasibət bildirib: “Baş məşqçinin istefası barədə heç bir söhbət yoxdur. Yəqin ki, Yunis Hüseynov sabah klub rəhbərliyi ilə görüşəcək. Bundan sonra hər şeyə aydınlıq gələcək”.
H.Cəbrayıloğlu komandanın əsas qapıçısı Orxan Sadıqlının “Xəzər Lənkəran”a qayıtmayacağını da bildirib: “Orxanın transfer vərəqəsini özünə versək də, onun komandaya qayıtmaq ehtimalı var idi. Ancaq baş verənlərə görə o məsələ də bağlandı”.
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək
Elçin Məsiyev dünya çempionatına təyinat aldı
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
"Sabah"ın U-19 komandası "Barselona"ya 7 qolla uduzdu
“Barselona” və “Real” barışıq əldə edə bilmədi
Yunis Hüseynovun cəzası bilindi
Burnu qırılan "Qalatasaray" futbolçusu əməliyyat edildi
“Qarabağ”ın xanım azarkeşləri üçün pulsuz biletlər
Musialanın səhhəti ilə bağlı mühüm detal üzə çıxdı
Zaur Həşimovla bağlı qərar verildi - "Şəfa"da iclas
İsrail "Qalatasaray" azarkeşlərindən UEFA-ya şikayət etdi
“Tottenhem”də yeni müqavilə
"Real" PSV-ni belə darmadağın etdi - Video
İtaliya millisinin təklifini rədd etdiyini açıqladı
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Çempionlar Liqasında iki tarixi rekord
Amerika kuboku bu ölkədə keçiriləcək
Deniz Gülün qələbə qolu və burnuna dəyən təpik - Video