Millimizin ən yaxşı futbolçusu müəyyənləşdi

Millimizin ən yaxşı futbolçusu müəyyənləşdi
XƏBƏR 12 Yanvar 2016 / 16:00 5674
-  A +

Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirə yekun vurulub.

Qol.Az-ın "Futbolxeber.az"a istinadən verdiyi məlumata görə, turnirdəki son matçında Belarusla qarşılaşan U-17 yığmamızın ən yaxşı futbolçusu müəyyənləşib.

Millimizin heyətində gənc müdafiəçi Hüseyin Seyliqli ən yaxşı seçilib. Ona turnirin rəmzi forması təqdim olunub.

Qeyd edək ki, Belarusa 1:2 hesabı ilə uduzan Azərbaycan millisi turnirdə iştirak edən 14 komanda arasında 8-ci olub.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner