Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin qətlə yetirilməsi işi üzrə həbs edilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesə hakim Eldar İsmayılov sədrlik edib.
Qol.Az-ın virtualaz.org saytına istinadən yaydığı xəbərə görə, əvvəlki məhkəmədə olduğu kimi, media nümayəndələri bu dəfə də prosesdən kənarda qalıblar. Təqsirləndirilən şəxslərin yaxınları ilə məhkəmə nəzarətçiləri arasında da qarşıdurma yaranıb. Onlar da zala buraxılmayıblar.
Prosesdə dövlət ittihamcısı ittiham aktını elan edib. Təqsirləndirilən Elşən İsmayılov (“Qəbələ” futbol klubunun futbolçusu Cavid Hüseynovun bibisi oğlu), Arif Əliyev və Camal Məmmədov onlara elan olunmuş ittihamla özlərini qismən təqsirli biliblər. Təqsirləndirilən Kənan Mədətov və Samir Mustafayev isə təqsirli bilməyiblər.
Təqsirləndirilən Elşən İsmayılov ifadəsində göstərib ki, mərhum Rasim Əliyevin Cavid Hüseynov barəsində yazdıqı statusu təhqir hesab edib: "Cavidin qohumu kimi yox, bir azərbaycanlı kimi mənə təsir elədi. Dedim bunu yazanın qanında azərbaycanlı qanı yoxdur. O da cavabında yazdı ki, şübhən varsa gedək yoxlatdıraq. Sonra nömrəmi yazmağımı istədi. Nömrəmi verdim. Zəng vurub söyüş söydü. Dedi istəyirsən gəl, “Bayıl market” in qarşısında görüşək”.
E.İsmayılov Rasimlə aralarında olan söhbət barədə Cavidə məlumat verib: "Cavid dedi ki, işin yoxdur. Dedim yox, o məni söyüb. Cavid də dedi, zəng vurub üzr istəyəcək. Gözlədim, zəng vurub üzr istəmədi. Əksinə dedi ki, üzr istəniləcək hec nə yoxdur. Tanımadığım adam idi, cəkinirdim, ona görə uşaqlara Bayıla getmək istədiyimi dedim. Birlikdə getdik. Bu hadisənin belə yerə catacağı ağlıma da gəlməzdi".
E.İsmayılov hadisədən sonra Bibiheybət məscidinə getdiklərini deyib: "Uşaqlar namaz qıldılar. Sonra Cavid mənə zəng vurub narazılıq etdi, məni danladı. Dedi ki, niyə belə hərəkət etmisən, qanun var, dövlət var".
Sonra digər təqsirləndirilən Camal Məmmədov ifadə verib. O, Bayıla dava məqsədilə yox, çay icib söhbəti yoluna qoymaq ücün getdiklərini deyib.
C.Məmməfov ittihamlarda yazılanların əksəriyyəti ilə razılaşmadığını, belə bir hadisənin baş verməsindən peşmancılıq kecirdiyini biıdirib.
Məhkəmə prosesi yanvarın 14-də davam edəcək.
Xatırladaq ki, ann.tv-nin əməkdaşı Rasim Əliyev facebookda futbolçu Cavid Hüseynovu tənqid edən statusuna görə 8 avqust, 2015-ci ildə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülüb. Jurnalist çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və ertəsi gün orada vəfat edib.
Rasim Əliyevin döyülərək öldürülməsinə səbəb olmuş futbolçu, “Qəbələ” klubunun kapitanı Cavid Hüseynovun barəsindəki cinayət işi digər təqsirləndirilən şəxslərdən ayrılıb. Onun işi yaxın günlərdə məhkəməyə göndəriləcək.
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib
“Qarabağ” Koxalskinin gedişini açıqladı - Bu kluba keçdi
Türk Hava Yolları “Liverpul”un sponsoru oldu
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
Keyn: “Çempionlar Liqasını qazanmağa yaxınıq”
AFFA-dan klublara cərimələr
ÇL-in oyunları bu kanallarda
“Liverpul” Avropanın ən nüfuzlu klubu seçildi
"Səbail" Fransadan oyunçu aldı
“Barselona”nın gəliri 1 milyard avronu keçsə də...
Bülent Korkmaz təyinatından 2 ay sonra istefaya göndərildi
Millimizin üzvü “Sampdoriya”da növbəti oyuna çıxdı
Mbappe Ronaldonun məşhur hərəkətini təkrarladı - Video
“Latsio”dan əzmkar qələbə - Video
Superliqada 4-cü tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır