"Sumqayıt"da yeni təyinat

"Sumqayıt"da yeni təyinat
XƏBƏR 11 Yanvar 2016 / 17:32 2931
-  A +

“Sumqayıt” klubunda növbəti təyinat rəsmiləşib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Müşahidə Şurasının qərarına əsasən Aqil Məmmədov klubda texniki direktor vəzifəsinə gətirilib.

Adıçəkilən mütəxəssis bundan sonra “Sumqayıt”ın akademiyasına rəhbərlik edəcək. Aqil Məmmədov bu gün akademiyanın məşqçi və inzibati heyətinə təqdim edilib.

Qeyd edək ki, mövsümün əvvəlində "Sumqayıt"ı çalışdıran Aqil Məmmədov ötən ilin oktyabr ayında istefaya göndərilib. Onu komandanın hazırkı baş məşqçisi Samir Abasov əvəzləyib.

Daha çox


Son xəbərlər
09.11.25  22:42

Məşhur klub satılır