“Messi Allahın möcüzəsidir” – Arda Turan

“Messi Allahın möcüzəsidir” – Arda Turan
XƏBƏR 10 Yanvar 2016 / 16:48 10308
-  A +

“Barselona” forması ilə ikinci rəsmi oyununa çıxan türkiyəli futbolçu Ardan Turan komanda yoldaşı Lionel Messi haqqında müsbət fikirlər səsləndirib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, o, argentinalı hücumçunu möcüzə adlandırıb:

“Ayağıma top düşən kimi Messini görürəm. “Barselona”da hamı belədir. Mən Leo kimi birini görməmişəm. O, Allahın möcüzəsidir”.

Qeyd edək ki, Arda ötən gün İspaniya La Liqasının 18-ci turunda “Qranada” ilə oyunda məhsuldar ötürmə ilə yadda qalıb. Onun ötürməsini Messi qolla tamalayıb. 

Son xəbərlər
14.02.26  21:00

500-cü qolunu vurdu

14.02.26  20:24

Bərbad!..

topaz banner